“Krokus”un ticarət mərkəzləri fəaliyyətini bərpa etdi

“Krokus”un ticarət mərkəzləri fəaliyyətini bərpa etdi

"Krokus Group” tərəfindən Moskva vilayətində yaradılan üç "Vegas” ticarət və əyləncə mərkəzi martın 26-dan etibarən fəaliyyətini bərpa edəcək.
Aktual.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə TRK şəbəkəsi özünün Teleqram kanalında məlumat yayıb.
"Vegas”ın bütün ticarət və əyləncə mərkəzləri martın 26-dan etibarən ziyarətçilərin üzünə açılacaq. Sizi hər gün gözləyirik!” - mesajda deyilir.
Qeyd edək ki, söhbət "Krokus Group” şirkətinin üç ticarət mərkəzindən – "Vegas Kuntsevo”, "Vegas Kashirskoye” və "Vegas Krokus Siti”dən gedir. Sonuncu terror aktının baş verdiyi konsert zalının yanında yerləşir.
Xəbər 210 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR