Kreml Trampın Putinlə görüşü təxirə salacağı ehtimalını şərh edib

Kreml Trampın Putinlə görüşü təxirə salacağı ehtimalını şərh edib
  • DÜNYA

 "Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında "G-20" çərçivəsində razılaşdırılmış görüşə hələ də hazırlıq gedir, amerikalılar tərəfindən bu tədbirin ləğv edilməsi ilə bağlı bizə heç bir informasiya daxil olmayıb”.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə Vladimir Putinlə Donald Trampın əvvəlcədən nəzərdə tutulan görüşü keçiriləcək.
Qeyd edək ki, Donald Tramp "Washington Post”a müsahibəsində bildirib ki, ola bilsin Kerç boğazında baş vermiş hadisəyə görə Rusiya lideri ilə görüşü təxirə saldı.
"G-20"nin zirvə toplantısı bu il noyabrın 30-dan dekabrın 1-dək Argentinada keçiriləcək.
 
Aktual.az
Xəbər 247 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR