Kreml: ABŞ-ın yeni sanksiyaları əlaqələrimizə əlavə zərbə vuracaq

Kreml: ABŞ-ın yeni sanksiyaları əlaqələrimizə əlavə zərbə vuracaq
  • DÜNYA

"ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi təqdirdə bu, Moskva-Vaşinqton əlaqələrinə əlavə zərbə vuracaq”.

ONA TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib. O, bildirib ki, sanksiyalarla bağlı sənəd hələ tam şəkildə təqdim olunmayıb, buna baxmayaraq Kremldə onu artıq diqqətlə nəzərdən keçirirlər.
D.Peskov qeyd edib ki, Rusiya iqtisadiyyatı artıq mövcud sanksiyalara və onların gələcəkdə gücləndirilməsinə kifayət qədər uyğunlaşıb.
O, həmçinin əlavə edib ki, mümkün sanksiyalar ölkənin bank sisteminə təsir göstərməyəcək. 
Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR