Kredit faizlərinin yüksək olmasının səbəbi…

Kredit faizlərinin yüksək olmasının səbəbi…

Azərbaycanda ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda (Şamaxı, İsmayıllı, Ağsu və Qobustan) təklif olunur. Mərkəzi Bankın məlumatına görə, bu iqtisadi rayonumuzda kreditlər üzrə orta faiz 19.6-dır.
Aktual.az  xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.
Millət vəkili bildirib ki, Qarabağ iqtisadi rayonunda da kredit faizləri yüksəkdir:
"Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarında banklar krediti orta hesabla 19.37 faizlə verirlər. Mil-Muğan və cənub bölgələrimizdə isə orta kredit 19 faizdən çoxdur. Mərkəzi Bank ən ucuz kreditlərin Bakıda təklif olunduğu bəyan edib. Belə ki, paytaxtda orta kredit 10.98 faiz təşkil edir, bu da digər bölgələrimizdən kəskin şəkildə fərqlənir”.
Bayramov bildirib ki, rayonlarda kredit faizlərinin yüksək olmasının əsas səbəblərindən biri bölgələrdə biznes kreditlərinə əlçatanlığın aşağı olmasıdır:
"Belə ki, risklərini sığortalamaq istəyən banklar nisbətən aşağı faizli biznes kreditlərini Bakıda təklif etməyə üstünlük verirlər. Bu isə bir tərəfdən bankların regionlarda real sektoru daha az dəstəkləməsinə, digər tərəfdən isə rayon sakinlərinin bahalı kreditlərdən istifadə etməsinə səbəb olur. Həmçinin, rayonlarda bank filiallarının azlığı Bakı ilə müqayisədə rəqabətin zəif olmasına və kredit faizlərinə təsir göstərir.
Mərkəzi Bankın məlumatına görə, ölkə üzrə kreditlər orta hesabla 12.53 faizlə təklif olunur. Bununla belə, orta kredit faizləri ilə vətəndaşların daha çox istifadə etdiyi istehlak kredit faizləri arasında fərq var. Aydındır ki, Azərbaycanda 12.53%-ə istehlak kreditləri cəlb etmək çox çətindir. Orta kredit faizlərinin nisbətən aşağı olması isə faizlərin hesablanması metodologiyasında güzəştli kreditlərin faizlərindən istifadə edilməsidir. Bu hesablama orta faiz ilə real faiz arasında fərq yaradır. Bununla yanaşı, orta faizdən daha çox istehlak kreditlərinin faiz dərəcələrinin azaldılması istiqamətində fəaliyyətlərin gücləndirilməsi daha vacibdir”.
Xəbər 752 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR