Kosta-Rikalı nazir: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdarıq"

Kosta-Rikalı nazir:

"Kosta-Rika Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət edilməsinin tərəfdarıdır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz deyib.
"Kosta-Rika dinc ölkədir və Dağlıq Qarabağ məsələsi həssasdır. Bizim silahlı qüvvələrimiz yoxdur, biz beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət edilməsinə inanırıq. Buna görə dünyadakı bütün münaqişələrin sülh yolu ilə həllini dəstəkləyirik. Dağlıq Qarabağ münaqişəsi də istisna deyil. Bütün dünyada sülh olmasını istəyirik, problemlər danışıqlar yolu ilə həll olunmalıdır", - Sanz bildirib.
 
Aktual.az
Xəbər 441 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR