Korotçenkodan Nikola: Bəs, imza atdığın nədir?

Korotçenkodan Nikola: Bəs, imza atdığın nədir?

"Qarabağda müharibənin dayandırılması ilə bağlı bəyanatda Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyalarına Rusiyanın nəzarətinin mümkünlüyü barədə bənd yoxdur”. Paşinyan belə deyib. Bəs onda onun imza atdığı nədir?
Aktual.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.
Korotçenko "Üçtərəfli bəyanatın 9-cu bəndində belə bir şey yoxdur” deyən Nikol Paşinyana xatırlatma üçün 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndini olduğu kimi təqdim edib:
"9-cu bənd. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR