Koronavirusun qeydə alındığı ölkələrin sayı artdı

Koronavirusun qeydə alındığı ölkələrin sayı artdı

Avropanın daha bir ölkəsində koronavirus aşkarlandı.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, Slovakiyanın baş naziri Peter Pelleqrini koronavirus daşıyıcısının 53 yaşlı kişi olduğunu açıqlayıb.
"O, xaricə səfər etməyib. Ona görə də xaricdən gəlmiş başqa şəxsdən yoluxduğunu düşünürük”, - o deyib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 94 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100 166-ya çatıb. Bunların 55 812 nəfəri sağalıb, 3 406 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Xəbər 380 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR