Koronavirus pandemiyasının dünyada yaratdığı görüntülər - FOTO

Koronavirus pandemiyasının dünyada yaratdığı görüntülər - FOTO

Dekabr ayında Çinin Vuhan əyalətindən bütün dünyaya yayılan koronavirusa bu günədək dünya üzrə 134804 insan yoluxub.
Milli.Az xəbər verir ki, ən son statistikaya görə xəstəlikdən 4984 nəfər ölüb, 70394 nəfər sağalıb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya və İranda baş verir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib.
Nazirlər Kabinetinin yanında operativ qərargah məlumatına görə Azərbaycanda da bir nəfər COVID-19-dan dünyasını dəyişib.
Virusa yoluxanlar arasında məşhurlar, vəzifəli şəxslər də var.
Hazırda Monteneqrodan başqa bütün Avropa ölkələrində bu virusa yoluxma halı qeyd olunub. Virus demək olar ki, bütün dünyanı iflic edib, Çempionlar və Avropa Liqasının oyunları, konsertlər, uçuşlar təxirə salınıb.
İtaliyada əsassız səbəbdən çölə çıxmaq qadağan edilib və küçədə tutarlı səbəbi olmadan gəzən şəxslər cərimələnib.
Səudiyyə Ərəbistanının Ümrə ziyarətinin qadağan olunması ilə bağlı qərarından sonra Kəbə boş qalıb.
ABŞ Britaniya istisna olmaqla Avropa ölkələrindən uçuşu 30 gün müddətinə dayandırıb.

Xəbər 500 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR