"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi bir həftə ərzində istifadəyə veriləcək


Bakı Nəqliyyat Agentliyinin "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi bir həftə ərzində sərnişinlər üçün istifadəyə veriləcək. 

Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. 
O bildirib ki, HAB-a (qovşağa) daxil olacaq avtobusların sürücüləri yaxın günlərdə test yürüşü həyata keçirəcək.
"Metronun "Koroğlu" stansiyasından Nəqliyyat Mübadilə Mərkəzinə yol uzun olduğu üçün sərnişinlərə günün isti və ya soyuq vaxtlarında gəlmək çətin olur. Yaxın vaxtlarda metro stansiyası ilə Nəqliyyat Mübadilə Mərkəzi arasında xüsusi örtüklü dəhlizin inşa edilməsi nəzərdə tutulub. Eyni zamanda, metro stansiyası və onun yanındakı avtobus dayanacağına qədər görmə əngəlli insanlar üçün taktil piltələrin düzəldilməsi nəzərdə tutulub".
 
Aktual.az
Xəbər 264 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR