KİV: İranın hücumu 11 sentyabr terrorundan sonra uçuşlarla bağlı ən böyük fasilələrə səbəb olub

KİV: İranın hücumu 11 sentyabr terrorundan sonra uçuşlarla bağlı ən böyük fasilələrə səbəb olub

İranın İsrailə hücumundan sonra iki gün ərzində azı 12 böyük aviaşirkət uçuşları ləğv etməli və ya marşrutu dəyişdirməli olub. Onların arasında Almaniyanın "Lufthansa”, Avstraliyanın "Qantas”, həmçinin "United Airlines” və "Air India” şirkətləri də var idi.
Aktual.az xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.
Bildirilib ki, hava nəqliyyatı və hava limanları ilə işləyən OPSFROUP konsaltinq şirkətinin yaradıcısı Mark Zi uçuşlarla bağlı fasilələrin miqyasını 2001-ci il 11 sentyabr terror aktının nəticələri ilə müqayisə edib.
"O vaxtdan bəri bizdə elə bir vəziyyət olmayıb ki, bu sayda müxtəlif hava məkanları belə tez bağlansın. Bu, xaos yaradır”, - o qeyd edib.
İran üzərindəki hava məkanından Avropa və Asiya arasında uçan təyyarələr istifadə edir. O, uçuşlarla bağlı fasiələlərin daha bir neçə gün davam edəcəyini düşünür.
Xatırladaq ki, aprelin 14-nə keçən gecə Yaxın Şərqdə eskalasiya ilə əlaqədar İsrail, İran, İordaniya, İraq və Livan hava məkanını bağlayıb.

Xəbər 125 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR