KİV: Üçüncü dünya müharibəsi artıq başlayıb

KİV: Üçüncü dünya müharibəsi artıq başlayıb

Üçüncü dünya müharibəsi artıq başlayıb.
Aktual.az xəbər verir ki, bu iddia ilə Böyük Britaniyanın "The Telegraph” nəşri çıxış edib.
Qeyd olunub ki, Rusiyanın Ukraynaya hücumu da bunun tərkib hissəsidir: "İstəsək də, istəməsək də, Rusiyanın Ukraynada genişmiqyaslı müharibəsi dünya müharibəsinin bir hissəsidir. Bu müharibə Rusiya və onun müttəfiqləri - Çin, İran və Şimali Koreya ilə kollektiv Qərb arasında gedir”.
Bildirilib ki, Qərb bu reallığı dərk etməlidir: "Belə olan halda Rusiya məğlub edilə bilər. Əks halda Ukrayna daha çətin vəziyyətə düşəcək. Rusiya müttəfiqlərini səfərbər edir, Qərb isə hələ də bu məsələni regional mübahisə kimi qiymətləndirir”.

Xəbər 160 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR