İspaniyada kişilərə qəribə qadağa qoyulub.
Publika.az xəbər verir ki, Madriddə metro və ya avtobuslarda, eləcə də parkdakı oturacaqlarda kişilərin ayaqlarını gen açıb oturması qadağan olunub. Hətta həmin yerlərdə xüsusi qadağa təsviri də yerləşdirilir ki, buna əməl etmək istəməyən kişiləri bir daha ədəbli oturuşuğa dəvət etsinlər.
Qadağanın tətbiqinə səbəb isə paytaxtda qadınların çoxsaylı şikayət və tələbləri olub. Qadınlar həm ədəbsiz görünüşdən, həm də belə oturan kişilərin daha çox yer tutmasından şikayətləniblər.
Qeyd edək ki, ABŞ-ın Nyu York şəhərində də belə bir qadağa 2014-cü ildən mövcuddur.
Aktual.az
Xəbər 1742 dəfə oxunub.