Kişi cüdoçularımız FİNALDA

Kişi cüdoçularımız FİNALDA

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında kişi cüdoçularımız komanda yarışlarının yarımfinalında tatami üzərinə çıxıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu dəfə komandamızım rəqibi Özbəkistan komandası olub.

Azərbaycan komandası görüşü 4:1 hesabı ilə qazanaraq finala vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
Aktual.az
Xəbər 553 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR