Kiprin turizm təcrübəsi Qaxda tətbiq olunacaq - Görüş - Foto

Kiprin turizm təcrübəsi Qaxda tətbiq olunacaq   - Görüş - Foto

Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin turizm naziri Faiz Sucuoğlu ilə görüşüb

Şimali Kiprdə işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Avqustun 31-də ŞKTC Turizm naziri Dr. Faiz Sucuoğlu ilə görüşüb. Görüş zamanı Şimali Kiprin turizm təcrübəsi haqqında geniş danışan nazir xarici investorların Kiprə marağından söz açıb və yeni inşa edilən turizm obyektləri barədə məlumat verib.

Azərbaycanda da turizm sənayesinin inkişaf etməkdə olduğunu söyləyən ADİHİ rəhbəri Əhməd Şahidov ölkənin şimal bölgəsində, xüsusən də Qax rayonunda turizmin inkişaf etməsi üçün ciddi qaynaqların olduğunu diqqətə çatdırıb və Kiprin təcrübəsinin öyrənilməsinin önəmini vurğulayıb.

Qax rayonunda turizmin inkişafı üçün öz təcrübələrini bölüşə biləcəyini bildirən nazir Faiz Sucuoğlu Şimali Kipr nümayəndə heyətinin Qaxa səfər etməsini və yerində məsləhətləşmələr aparmağın mümkünlüyünü ifadə edib. Qax rayonunun təbiəti, tarixi və mədəni abidələri barədə fotoları kiprli nazirə təqdim edən Əhməd Şahidov Qaxın turizm potensialının inkişaf etdirilməsi üçün Faiz Sucuoğlunu Azərbaycana dəvət edib. 

Xəbər 845 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR