"Kim olursa-olsun cəzalandırılacaq” -Kəmaləddin Heydərov


"Kim olursa-olsun, hətta general da olsa, cəzalandırılacaq”

“Mülki-müdafiə qoşunları ilə bağlı tələbləri daha da sərtləşdirmişik. Bir əsgərin ölümü baş verib, bundan sonra tələblər bir daha sərtləşib”.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 illik yubileyinə həsr oluunmuş genişləndirilmiş Kollegiya iclasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov söyləyib.

K. Heydərov deyib ki, bu birliklərdə qulluq edənlər gənclərdir: "Bu gənclər bizim ordu birləşmələrində vahid komandanlıq altında yaşayıb, xidmət edirlər. Komandanlıq heç bir ayrı-seçkilik etməməlidir, orda hamı bir ailənin üzvüdür. Biz əsgər ölümünə görə çox böyük həyəcan keçirdik. Orada həbs edilənlər oldu, həmin hadisə ilə bağlı daha güclü nəzarət təmin etməyənlər işdən azad edildi".

Nazir bildirib ki, burda əsgərin psixoloji durumunu cəbhə bölgəsindəkilərlə müqayisə eləmək doğru deyil: "Buna görə bir daha bildirirəm ki, hər xırda nöqsana görə, manqaya, bölüyə, hissəyə rəhbərlik edən kim olursa-olsun, hətta general da olsa, cəzalandırılacaq”.

Xəbər 488 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR