Kim Çen Inın qaldığı hotel zirehli nəqliyyat vasitələri ilə mühafizə olunur

Kim Çen Inın qaldığı hotel zirehli nəqliyyat vasitələri ilə mühafizə olunur
  • DÜNYA

KXDR lideri Kim Çen In Vyetnamın paytaxtı Hanoy şəhərindəki beşulduzlu "Melia” hotelə gəlib. 

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, hotel zirehli nəqliyyat vasitələri ilə mühafizə olunur.
Hotelin bir tərəfində dörd zirehli nəqliyyat vasitəsi var. Nəqliyyat vasitələrini vyetnamlı hərbçilər mühafizə edir, turistlər və yerli əhali isə onlarla şəkil çəkdirir.
Daha əvvəl Şimali Koreya lideri Kim Çen In zirehli qatarla Vyetnama gəlib. O, bu ölkədə ABŞ Prezidenti Donald Tramp ilə sammitdə iştirak edəcək.
Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR