Keyfiyyətsiz dərman vasitələrini yayanlar cəzalandırılacaq

Keyfiyyətsiz dərman vasitələrini yayanlar cəzalandırılacaq

"Azərbaycanda keyfiyyətsiz dərman vasitələrini yayanlar cəzalarını alacaqlar".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, mətbuatdan məlum olduğu kimi, Respublika Prokurorluğu və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tədbir keçirib və keyfiyətsiz dərman vasitələri yayanlar aşkar olunub: "Həkimlərlə birgə cinayət əlaqəsinə girərək keyfiyyətsiz dərman vasitələrinin geniş yayılması və əhalinin sağlamlığına mənfi təsir edən hadisələr baş verib. Həmin insanlar cəzalarını alacaqlar. Dərman vasitələrinə daim nəzarət olmalıdır".

Komitə sədri bildirib ki, yaxşı dərmanlar olmasa, əhaliyə keyfiyyətli tibbi yardım etmək olmaz. "Keyfiyyətsiz dərmanların müalicəsi də xoşa gəlməz olur və problemlərə yol açır. Ona görə də bu istiqamətdə nəzarət artırılmalıdır".
Xəbər 358 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR