Kerri müsəlmanları təbrik etdi

Kerri müsəlmanları təbrik etdi

ABŞ dövlət katibi Con Kerri şəxsən öz adından, eləcə də ABŞ Dövlət Departamenti adından dünya müsəlmanlarını müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Bütün dünyada olan səfirlik və konsulluqlarımızın vasitəsilə biz Ramazan ayı ilə əlaqədar hadisələrin dəyərinin nə qədər mühüm olduğunu təsdiqləyirik. Beləliklə biz sosial birliyə sadiqliyi, ictimaiyyətin özünəməxsusluğuna və müxtəlifliyinə hörməti çatdırmağa çalışırıq”.

Dövlət katibi, sayı1,6 milyard olan dünya müsəlmanlarına sevincli Ramazan ayı arzulayıb.

Dövlət Departamentindən verilən məlumata görə, Ramazan İslamda çox mühüm olan dua, oruc, qonaqpərvərlik və daha az təminatlılara diqqət ayıdır.

Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR