Kəmalə Ağazadənin məhkəməsi başladı

Kəmalə Ağazadənin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən, "Azərbaycan Uşaqları Birliyi"nin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxs ittiham aktı ilə tanış olmaq istədiyini bildirib və məhkəmədən vaxt istəyib.Məhkəmə mayın 7-dək təxirə salınıb.
K. Ağazadə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyətlərindən sui-istifadə) və 178.3.2 - ci (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilib və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.
 
Aktual.az 
Xəbər 488 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR