Keçmiş məhkum dəmir yolu stansiyası ərazisində silahla saxlanılıb

Keçmiş məhkum dəmir yolu stansiyası ərazisində silahla saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının Suraxanı dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz silah gəzdirməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Hüseynov saxlanılıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, əvvəllər quldurluq, xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Hüseynovdan nömrəsi silinmiş "Naqan" tipli tapança və iki patron aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.
Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR