Keçmiş deputat YAP-a şeir yazdı

Keçmiş deputat YAP-a şeir yazdı
  • TABLO2

Keçmiş deputat Hidayət Qulamov Yeni Azərbaycan Partiyasına şeir həsr edib.

Aktual.az aznews.az-a istinadəndeputatın şeirini oxuculara təqdim edir:

 
Sən yarandın yeni fikir oyatdın. 
Xalqımızın ürəyinə yol tapdın.
Mətinləşdin günü-gündən boy atdın.
Birliyimiz, qüdrətimiz partiya.
Bu günümiz, sabahımız partiya.

Amalında tarixmizin izi var.
İnsanların sülh arzulu gözü var.
Varlığında yaradanın özü var 
Birliyimiz, qüdrətimiz partiya. 
Bu günümiz, sabahımız partiya.

Müstəqillik bayrağını qaldırdın.
Azadlığın dadın bizə daddırdın.
Millətlərin dostluğunu yaratdın 
Birliyimiz, qüdrətimiz partiya. 
Bu günümiz, sabahımız partiya.

Yenilmədin sınaqlardan mərd çıxdın.
İblislərin tilsimlərini qırdın.
Yeni ölkə, yeni cəmiyyət qurdun.
Birliyimiz, qüdrətimiz partiya.
Bu günümiz, sabahımız partiya.

Həqiqətdən, ədalətdən yoğruldun.
Öndərmizin zəkasından doğruldun.
Günəş oldun, işıqlı bir yol oldun. 
Birliyimiz, qüdrətimiz partiya. 
Bu günümiz, sabahımız partiya. 

Getdiyin yol Böyük Heydər yoludur. 
Zəfərlərin əbədidir, uludur. 
Gələcəyin uğurludur, nurludur 
Birliyimiz, qüdrətimiz partiya. 
Bu günümiz, sabahımız partiya.

Qeyd edək ki, Hidayət Qulamov 2000-ci ildə deputatlığa namizədliyini verib. H.Qulamov Ağsu rayonundan deputat seçilmişdi. 

 
Xəbər 2350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR