Köçkünlərlə “Azərişıq” arasında sayğaca görə dava düşüb? - RƏSMİ

Köçkünlərlə “Azərişıq” arasında sayğaca görə dava düşüb? - RƏSMİ

Pirşağı qəsəbəsində yerləşən "Qızılqum" sanatoriyasında məskunlaşmış məcburi köçkünlərlə "Azərişıq" işçiləri arasında heç bir dava düşməyib.

Bu barədə Publika.az-a "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
O bildirib ki, yüzə yaxın "Azərişıq” əməkdaşının "Qızılqum" və "Gilavar" sanatoriyalarında olmaları haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bəzi saytlarda bu cür böhtan xarakterli məlumatların yoxlanılmadan yayılması təəssüf hissi doğurur və bütünlükdə ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması ilə əlaqədar yaranan hər hansı anlaşılmazlıq halları ərazi icra hakimiyyəti orqanlarının və onların məcburi köçkünlərlə iş üzrə nümayəndələrinin iştirakı ilə araşdırılaraq, bununla əlaqədar daxil olan şikayət və müraciətlərə dərhal baxılıb həll olunmasına dair Cəmiyyətin aidiyyəti strukturlarının rəhbərlərinə ciddi göstərişlər verilir.
Azərbaycan Republikası Prezidentinin 23.01.2017-ci il tarixli, 1206 saylı Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətləri və kommunal xidmətlər üzrə güzəştlər vahid aylıq müavinətlərlə əvəz edildiyini nəzərə alaraq, habelə köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasının qısa müddətdə təmin olunmasına dair verilmiş göstərişin operativ icrası məqsədilə "Azərişıq” ASC-də Mərkəzi Qərargah yaradılıb".
T.Mustafayev bildirib ki, Bakının Yasamal, Suraxanı, Xətai, Nəsimi, Sabunçu, Nizami,Binəqədi və Nərimanov rayonlarında, Aran və Şimal Regionlarının xidməti ərazilərində olan yataqxanalarda yaşayan məcburi köçkün evlərinin sayğaclaşdırılması davam etdirilir: "Görülən işlərin nəticəsi olaraq son bir neçə gündə artıq 5700 məcburi köçkün evlərinə sayğac quraşdırılıb".
 
Aktual.az
Xəbər 384 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR