Kamran Ağayev ciddi zədələndi

Kamran Ağayev ciddi zədələndi
  • İDMAN

Portuqaliyanın "Boavista” klubunun heyətində çıxış edən millimizin qapıçısı Kamran Ağayev ciddi zədə alıb.

Aktual.az  goal.az-a istinadən xəbər verir ki, təcrübəli əlcək sahibi məşq zamanı sıradan çıxıb.

Diz nahiyəsindən zədə alan futbolçu tibbi müayinədən keçib. Müayinənin nəticəsinə əsasən, qolkiperin zədəsinin ciddi olduğu bəlli olub. Ağayevin çarpaz bağlarında qopma aşkarlanıb. 

Bu isə qolkiperin ən azı 3-4 ay yaşıl meydanlardan kənarda qalması deməkdir. Millimizin qapıçısı "Boavista”nın əsas heyət üzvüdür.
 
Aktual.az 
Xəbər 606 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR