Jurnalist ailə üzvləri ilə birlikdə qəzaya düşdü

Jurnalist ailə üzvləri ilə birlikdə qəzaya düşdü

Azərbaycan Prezidenti yanında Bilik Fondunun mətbuat katibi, tanınmış jurnalist Ceyhun Musaoğlu (Musayev) avtomobil qəzasına düşüb.

Onun dostu, jurnalist Nicat Dağların "Report”a verdiyi məlumata görə, hadisə Dərnəgül şosesində qeydə alınıb.

Belə ki, C.Musaoğlunun idarə etdiyi "KİA” markalı avtomobil digər maşınla toqquşub. Nəticədə "KİA” bir neçə dəfə aşıb.

Hadisə zamanı avtomobildə olan C.Musaoğlunun həyat yoldaşı başından xəsarət alıb. Onun özü və qızı isə yüngül bədən xəsarətləri alıb. Onlar xəstəxanaya aparılıb. Orada yaralılara ambulator yardım göstərilərək evə buraxılıb.
 
Aktual.az
Xəbər 476 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR