"İyunda Qarabağla bağlı görüş olacaq" – Uorlik


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik iyunun sonunda Dağlıq Qarabağ münaqişəsi üzrə görüşün keçiriləcəyini təsdiq edib.

C.Uorlik Trend-ə bildirib: "Hazırda görüşün detallarını bilmirik, lakin təsdiq edə bilərik ki, görüş iyunun sonunda olacaq".

O, ümid etdiyini bildirib ki, tərəflər may ayında Vyanada əldə edilmiş razılaşmaları müzakirə etməyə davam edəcəklər.

Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR