İTV-nin yanğında zəhərlənən əməkdaşı xəstəxanadan evə buraxılıb

İTV-nin yanğında zəhərlənən əməkdaşı xəstəxanadan evə buraxılıb

Dünən gecə saatlarında İctimai Televiziyadan tüstüdən boğulma diaqnozu ilə xəstəxanaya gətirilən şəxs evə buraxılıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilən xəstəyə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Qeyd edək ki, dünən Bakının Yasamal rayonu Şərifzadə küçəsində, İctimai Televiziyanın yerləşdiyi binada yanğın baş verib. Hadisə zamanı televiziyanın iki əməkdaşı tüstüdən zəhərlənib.
Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR