İtkinlərin axtarışı və yanğının söndürülməsi davam edir - OPERATİV QƏRARGAH

İtkinlərin axtarışı və yanğının söndürülməsi davam edir   - OPERATİV QƏRARGAH

SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam edir.

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

"Saat 11:00-a olan məlumata görə, axtarışlar heç bir nəticə verməyib. Buna baxmayaraq, axtarış tədbirləri davam etdirilir", - deyə B. Ağarəhimov bildirib.

Baş mühəndis əlavə edib ki, yanğın hələ də söndürülməyib, lakin bu istiqamətdə görülən tədbirlər davam etdirilir.

Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR