İtkin düşmüş neftçilərin axtarışına dalğıclar da cəlb olundular

İtkin düşmüş neftçilərin axtarışına dalğıclar da cəlb olundular

Azərbaycan prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Aktual.az xəbər verir ki, "Azneft" İstehsalat Birliyindən  verilən məlumata görə, ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv davam etdirilən axtarış-xilasetmə əməliyyatları, uzunluğu 100 km və eni isə 72 km olan geniş ərazini əhatə edir.

Axtarış-xilasetmə əməliyyatlarında hər bir qurum yüksək səy göstərirr. SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları da axtarış-xilasetmə əməliyyatlarında var gücləri ilə iştirak edirlər.
Qeyd edək ki, "Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun rəhbərlik etdiyi işçi qrupu da axtarış-xilasetmə əməliyyatlarını yaxından izləmək məqsədilə hadisə yerindədir.
 
Aktual.az
Xəbər 340 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR