İtkin düşən neftçilərin axtarışları hələlik nəticəsizdir

İtkin düşən neftçilərin axtarışları hələlik nəticəsizdir

Dekbarın 4-də "Günəşli" yatağında baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərin dünən aparılan axtarışları da bir nəticə verməyib.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, xüsusi qərargahdan verilən məlumata görə, bu gün səhər saatlarından başlayaraq itkin düşmüş neftçilərin helikopter və gəmilərin köməyi ilə axtarışları yenidən bərpa edilib.

Qərargahdan qeyd ediblər ki, platformada hələ də davam edən yanğının söndürülməsi istiqamətində də işlər davam etdirilir.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR