İtkin düşən 10-cu sinif şagirdi tapıldı - YENİLƏNİB

İtkin düşən 10-cu sinif şagirdi tapıldı   - YENİLƏNİB

Əzizov evə qayıtdı.

Astarada beş gün əvvəl itkin düşmüş 16 yaşlı oğlan tapılıb.

Aktual.azAPA-ya istinadən xəbər verir ki, rayonun Rinə kənd sakini, 1999-cu il təvəllüdlü Şahid Kərəm oğlu Əzizov oktyabrın 26-da səhər saat 9:00 radələrində qoz yığmaq üçün meşəyə gedib və geri qayıtmayıb.

Faktla bağlı dərhal rayonun hüquq mühafizə orqanları məlumatlandırılıb. 10-cu sinif şagirdi olan Ş. Əzizovun axtarışına həmçinin kənd sakinləri cəlb olunublar.

Bu gün isə itkin düşməsi güman edilən Ş. Əzizov evinə qayıdıb.

İlkin versiya kimi, onun evdən getməsinə səbəb ailəsindən incik düşməsi olub.

21:36 (28.10.2015)

Astarada 16 yaşlı oğlan itkin düşüb.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, hadisə oktyabrın 26-da səhər saat 10.00 radələrində rayonun Rinə kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Şahid Kərəm oğlu Əzizov qoz yığmaq məqsədilə meşəyə gedib və bir daha geri qayıtmayıb.

Şahid Əzizov 10-cu sinif şagirdidir. Onun 3 bacısı var. Atası Kərəm Əzizovun sözlərinə görə, Şahid evdən çıxan zaman hava dumanlı olub. Həyata keçirilən axtarışlar isə hələlik heç bir nəticə verməyib.

Faktla bağlı rayonun hüquq mühafizə orqanları da məlumatlandırılıb. Şahid Əzizovun axtarışları davam edir.

Aktual.az

Xəbər 718 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR