İtaliyada tətilə görə 100-ə yaxın təyyarə reysi təxirə salınıb

İtaliyada tətilə görə 100-ə yaxın təyyarə reysi təxirə salınıb

İtaliyada pilotlar və hava limanı işçiləri 4 saatlıq tətil elan ediblər.


"Report” TASS-a istinadən xəbər verir ki, aksiya Aviasiya Nəqliyyatı Həmkarlar Təşkilatlarının təşkilatçılığı ilə keçirilir.  

Tətil nəticəsində İtaliyanın "Alitailia” şirkətinin 550 reysindən 95-i təxirə salınıb.

Bildirilib ki, şirkət uçuşu başqa vaxta keçirməyə çalışır. Sərnişinlər təklifdən imtina edəcəkləri halda onlara kompensasiya verilməsi nəzərdə tutulub.

Təxirə salınan reyslər arasında Moskvadan Romaya, eləcə də Romadan Moskvaya, habelə London, Paris, Brüssel, Qahirə, Təl-Əviv, Afina, Tiranaya uçuşları da var.

Həmkarlar təşkilatları iş şəraitinin daha da yaxşılaşdırlması və müqavilə şərtlərinin təminatlı olmasını tələb edirlər. 

Xəbər 267 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR