İtaliyada koronavirusdan ölənlərin sayı 148 nəfərə çatdı

İtaliyada koronavirusdan ölənlərin sayı 148 nəfərə çatdı

İtaliyada koronavirusdan ölənlərin, Fransa və İspaniyada isə yoluxanların sayı kəskin artıb.

"Report” CNBC-yə istinadən xəbər verir ki, İtaliyada daha 41 nəfər koronavirusdan ölüb.
Beləliklə, Cənubi Avropa ölkəsində koronavirusdan ölənlərin sayı 148-ə çatıb. Ölkədə koronavirus daşıyıcılarının sayı 3 800 nəfərdən çoxdur.
Bundan başqa, Fransada daha 138, İspaniyada isə daha 47 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Bununla da koronavirusa yoluxanların sayı Fransada 423-ə, İspaniyada isə 329-a çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 94 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 98 851-ə çatıb. Bunların 55 807 nəfəri sağalıb, 3 390 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Xəbər 301 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR