İtaliyada 24 saatda koronavirusdan rekord sayda insan öldü

İtaliyada 24 saatda koronavirusdan rekord sayda insan öldü

İtaliyada koronavirusa görə 24 saat ərzində 168 nəfər ölüb.

"Report” "İndependent”ə istinadən xəbər verir ki, ölkədə infeksiyadan ölənlərin sayı 631-ə çatıb.
İtaliyada indiyədək 10 149 nəfər virusa yoluxub. Epidemiya əsasən ölkənin şimalında yayılıb. İtaliya ölüm göstəricisinə görə Çindən (3 158 ölüm) sonra 2-ci yerdədir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 119 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 119 220-yə çatıb. Bunların 66 568 nəfəri sağalıb, 4 299 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Xəbər 292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR