İtaliya hərbçilərini Əfqanıstandan çıxarmaq niyyətindədir

İtaliya hərbçilərini Əfqanıstandan çıxarmaq niyyətindədir
  • DÜNYA

İtaliyanın müdafiə naziri Elizabetta TrentaƏfqanıstandakı hərbçilərini geri qaytarmaq niyyətində olduqlarını açıqlayıb.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı nazir bildirib: "Artıq 17 ildir oradayıq, 54 nəfər itki vermişik, 7 milyard avro xərcləmişik. Bəli, töhfəmiz az deyil, amma indi vəziyyətdə irəliləyiş var, tərəflər razılığa doğru gedir və ümidvaram, razılaşacaqlar. Biz də bunu nəzərdə tuturuq”.
Hazırda Əfqanıstanda 900 nəfər italiyalı hərbçi qulluq edir.
Xatırladaq ki, bu günlərdə Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Ğəni ölkədən xarici qoşunların çıxmasına çalışacaqlarını açıqlamışdı.
Xəbər 324 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR