İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günləri səyahətə çıxanlar üçün havaproqnozunu açıqlayıb.  


ETSN-dən  verilən məumatda Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu dağətəyi rayonlarda 31-36, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları günəşli hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36, dağlıq rayonlarda 28-32 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraiti günəşli olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 35-40 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 36-41 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırılıb ki, yaxın 2 gün ərzində havaşəraiti günəşli keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək. Çimərliklərdə əlverişli şərait müşahidə olunacaq. Günorta saatlarında 11:00-17:00-dək günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik.

 
 Aktual.az
Xəbər 276 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR