İstehlak kreditləri üzrə real azalma 2 mlrd. 350 mln. manat olub

İstehlak kreditləri üzrə real azalma 2 mlrd. 350 mln. manat olub

2016-cı ildə istehlak kreditləri üzrə real azalma 2 mlrd. 350 mln. manat olub

 "APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Mərkəzi Bankı haqqında”, "Müflisləşmə və iflas haqqında”, "Banklar haqqında” qanunlara, eləcə də Mülki, İnzibati Prosessual, Mülki Prosessual Məcəllələrinə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sədri Rüfət Aslanlı deyib.

"2016-cı ildə istehlak kreditləri 20%, təxminən 1,2 milyard manat azalıb. Bu, nominal azalmadır. Real azalma daha çoxdur. Çünki, portfelin yarısı xarici valyuta idi. Biz məhdudiyyətləri tətbiq edəndən sonra xarici valyutada istehlak kreditlərinin həcmi azalıb. Ötən il istehlak kreditləri üzrə real azalma 2 mlrd. 350 mln. manat olub”, – deyə R.Aslanlı bildirib.
 
Aktual.az
Xəbər 271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR