İstanbulda Azərbaycanın müstəqillik günü qeyd olunacaq

İstanbulda Azərbaycanın müstəqillik günü qeyd olunacaq

İyun ayının 4-də İstanbulda “Hazar kültür, eyitim və folklor araşdırmaları” cəmiyyəti tərəfindən 28 May Respublika günü münasibətilə “Anadoludan Azərbaycana: Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir keçiriləcək.

Aktual.az AzNews.az-a istinadən  xəbər verir ki, TRT-nin dəstək verdiyi, Bakırköy bələdiyyəsinin isə ev sahibliyi edəcəyi tədbirdə Türkiyənin tanınmış ziyalıları, Azərbaycan diasporunun nümayəndələri və s iştirak edəcək.

Xatırladaq ki, “Hazar kültür, eyitim və folklor araşdırmaları” cəmiyyəti Türkiyədə fəaliyyət göstərir. Rəhbəri əslən İğdır azərbaycanlısı olan Nuran Acardır. Təşkilat özünün xeyriyyə lahiyələri ilə tanınır. Eyni zamanda cəmiyyətin nəzdində Azərbaycan rəqslərinin öyrədilməsi üçün kurslar təşkil olunur ki, bu da Türkiyə cəmiyyəti tərəfindən böyük maraqla qarşılanır.

Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR