İstanbul-Bakı reysi təxirə salındı

İstanbul-Bakı reysi təxirə salındı

"Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar 28 yanvara təyin olunmuş İstanbul-Bakı reysini təxirə salıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə aviaşirkətin yaydığı məlumatda qeyd olunub.

"Türkiyə Hava Yolları" təyyarəsinin İstanbuldan uçuşu yanvarın 28-də yerli vaxtla səhər saat 08:15-ə təyin olunmuşdu.

İstanbul-Bakı və Bakı-İstanbul reysləri üzrə bütün digər uçuşlar müvafiq cədvəl üzrə qüvvədə qalıb.

Son günlər əlverişsiz hava şəraiti ilə əlaqədar "Türkiyə Hava Yolları" aviaşirkəti tərəfindən təxirə salınan reyslərin sayı artıb.

Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR