İsrail XİN: Qəzzada insan ölümü ilə nəticələnən hadisə araşdırılacaq

İsrail XİN: Qəzzada insan ölümü ilə nəticələnən hadisə araşdırılacaq

İsrailin xarici işlər naziri İsrael Kats Qəzza zolağında "World Central Kitchen” (WCK) adlı humanitar yardımla məşğul olan təşkilatının ölən işçilərinin ailələrinə başsağlığı verib və gələcəkdə bənzər hadisələrin baş verməməsi üçün hadisənin hərtərəfli araşdırılacağını bildirib.
Aktual.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki rəsmi hesabında qeyd edib.
"Qəzza zolağında "World Central Kitchen” təşkilatının ölən işçilərinin ölkələrinə və ailələrinə başsağlığı verirəm. İsrail Müdafiə Ordusu və səlahiyyətli şəxslər mülki şəxslərə zərər verməmək üçün hər şey edir. Gələcəkdə humanitar işçilərin təhlükəsizliyini təmin etmək, eləcə də lazımi nəticələrin əldə olunması üçün hadisə səlahiyyətli orqanlar tərəfindən araşdırılacaq”, - o bildirib.
Qeyd edək ki, aprelin 2-də Qəzza zolağında WCK-nin əməkdaşları həlak olub. Ölənlər arasında Avstraliya, Böyük Britaniya, İrlandiya və Polşa vətəndaşları da var.

Xəbər 209 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR