Bu, xalqımız və dövlətimiz üçün mühüm səfərdir. Sizi və birinci xanımı İsrailə səfərə dəvət edirəm.
Aktual.az xəbər verir ki, bu barədə Azərbaycanda rəsmi səfərdə olan İsrail Prezidenti İsxaq Hersoq Prezident İlham Əliyevlə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatında bildirib.
İsrail Prezidenti qeyd edib ki, Heydər Əliyev tərəfindən təməli qoyulmuş münasibətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edib: "Azərbaycanda yəhudi icmasının dərin tarixi, irsi var. 120 il əvvəl Azərbaycana gələn soydaşlarımız da ölkənin inkişafına töhfə veriblər. Bizim strateji baxışlarımız üst-üstə düşür. Azərbaycan müsəlman ölkə olsa da, ölkələrimiz və xalqlarımız bir-birinə dərin hörmət, sevgi bəsləyir”.
Xəbər 220 dəfə oxunub.