İsrail məhkəməsi İrana casusluq edən keçmiş nazirə cəza verdi

İsrail məhkəməsi İrana casusluq edən keçmiş nazirə cəza verdi
  • DÜNYA

İsrailin keçmiş energetika və milli infrastruktur naziri Qonen Seqev İrana casusluqda günahkar bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.


"Report” İsrail KİV-inə istinadən xəbər verir ki, ittiham aktına görə, sabiq nazir 2012-ci ildə Nigeriyada yaşayarkən İran kəşfiyyatı ilə əməkdaşlığa cəlb edilib.

O, hakimiyyətdəki keçmiş əlaqələri vasitəsi ilə İrana İsrail barədə müxtəlif məzmunlu məlumatlar ötürüb.

Qeyd edək ki, 62 yaşlı Q.Seqev 1992-1996-cı illərdə İsrail Knessetinin (parlament) deputatı olub. O, 1995-1996-cı illərdə energetika və milli infrastruktur naziri vəzifəsini tutub. 2005-ci ildə Niderland krallığında narkotik qaçaqmalçılığına və saxta diplomatik pasport düzlətməyə görə həbs cəzası alıb. 2007-ci ildə həbsdən buraxılıb.

Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR