İsrail hər zaman İranla mümkün birbaşa hərbi toqquşmaya hazırdır.
Aktual.az xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Simona Halperin deyib.
"İsrail İranla mümkün müharibəyə həmişə hazırdır. İsrailin tarixi sübut edir ki, məhv olmaq təhlükəsi ilə üzləşdikdə ciddi yanaşmaq və hazırlıq görmək lazımdır”, - Halperin vurğulayıb.
Səfir bildirib ki, İranın Dəməşqdəki konsulluğuna hücumla bağlı İsrail heç nə deyə bilməz. Çünki hücum konsulluğa deyil, yaxınlıqdakı binaya edilib.
Xəbər 197 dəfə oxunub.