İsrail İranı vurur, Tehran Bakını niyə hədələyir?

İsrail İranı vurur, Tehran Bakını niyə hədələyir?

İsrailin Suriyada İran konsulluğunun binasını vurması nəticəsində 11 nəfərin həlak olması gərginliyi daha da artıracaq. Ölənlərdən 7-si SEPAH-ın yüksək rütbəli zabitidir.
Aktual.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, İsrail əvvəllər də İran İslam Keşikçiləri Korpusunun Suriyadakı mövqelərinə zərbələr endirirdi, ancaq bu dəfə konsulluq binası hədəf seçilib:
"Tehran cavab aksiyası planlaşdırır, İsrailə birbaşa əli çatmadığına görə bölgədəki təsiri altındakı silahlı qruplar vasitəsilə zərbələr həyata keçirməyə çalışacaq.
Bu arada, İrandakı millət vəkillərindən biri - Cəlal Rəşidi Kuçi İsraildən intiqam alınması vacibliyindən danışarkən absurd və təxribatçı təklif irəli sürüb: "İsrailin Azərbaycandakı səfirliyinə hücum təşkil etmək lazımdır. Mənim təklifim odur ki, sionistlərin region ölkələrinin diplomatik mərkəzlərindən biri, daha yaxşısı Azərbaycandakı diplomatik nümayəndəliyi açıq və birbaşa hədəfə alınsın”. Millət vəkilinin bu cümləsindəki "daha yaxşısı” söz birləşməsi atmacadır, yəni yenə də İsraillə Azərbaycan arasındakı tərəfdaşlığa işarə edirlər. Azərbaycanın İrandakı səfirliyinə terror hücumu azmış kimi, indi də İsrailin Azərbaycandakı səfirliyinə terror həyata keçirməyə çağırış edirlər. Buna ciddi yanaşmaq lazımdır. Bu cür təxribatçı çağırışlara İranı idarə edənlər sakit yanaşırlarsa, demək, elə özləri də həmin deputat kimi düşünürlər. Bütün hallarda Azərbaycanda təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var”.
Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR