İsrail 55 ölkə üçün səyahət qadağasını ləğv etdi

İsrail 55 ölkə üçün səyahət qadağasını ləğv etdi
  • DÜNYA

Koronavirusla mübarizə tədbirləri çərçivəsində 55 ölkədən İsrailə giriş qadağası ləğv edilib.

Aktual.az xəbər verir ki, bu barədə qərarı İsrailin Səhiyyə Nazirliyi verib.

İsrailin Nazirlər Kabineti və Parlament komissiyası tərəfindən təsdiq edilən qərar dekabrın 30-u qüvvəyə minəcək.

Səyahət qadağasının ləğv edildiyi ölkələr arasında bir çox Afrika ölkələri ilə yanaşı, Almaniya, Danimarka, İtaliya, İsveç, İrlandiya, Belçika, Finlandiya və Norveç var. Meksikada isə "Omicron” ştamına yoluxma halları artdığından bu ölkə "qırmızı siyahı”dakı ölkələr sırasına daxil edilib.

Qeyd edək ki, İsrail parlamenti ötən həftə Türkiyə, BƏƏ, ABŞ, Efiopiya, İngiltərə, Cənubi Afrika, Macarıstan, Tanzaniya, Nigeriya, İspaniya, Portuqaliya, Fransa, Kanada və İsveçrəni də "qırmızı siyahı”ya əlavə edərək bu ölkələrdən İsrailə səyahət qadağası tətbiq edib. Sözügedən siyahıya aid olan dövlətlərdən İsrail vətəndaşları istisna olmaqla heç bir şəxs ölkəyə buraxılmayacaq. Bu ölkələrdən qayıdan İsrail vətəndaşları isə 7 gün ərzində karantində qalacaq.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, pandemiya başlayandan bu günə qədər ölkədə koronavirusa 1 milyon 365 min 643 yoluxma halı qeydə alınıb, 8242 nəfər isə dünyasını dəyişib.
Xəbər 591 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR