İsrail 30-a yaxın səfirliyini bağlayır

İsrail 30-a yaxın səfirliyini bağlayır

    Aprelin 5-i səhər saatlarına olan məlumata görə, dünyanın müxtəlif ölkələrində İsrailin 28 diplomatik missiyası bağlanıb.
    Aktual.az xəbər verir ki, bu barədə "Nyusru.co.il” İsrail Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
    "Bu, İranın Dəməşqdəki konsulluğuna hücum nəticəsində ölən SEPAH generallarının qisasının alınması hədələri ilə bağlıdır. Səfirliklərin bağlanması barədə qərarı XİN-in təhlükəsizlik xidməti İsaril təhlükəsizlik xidməti (Şin Bet) ilə məsləhətləşərək qəbul edib. Missiya işçilərinə hələ işə gəlməmələri, ayıq olmaları və İsrail ilə əlaqəli yerləri müvəqqəti ziyarət etməmələri deyilib”, - məlumatda deyilir.
    Məlumatı İsrail ordusunun sözçüsü Daniel Haqari təsdiqləyib.

Xəbər 120 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR