İşlə təmin olunan əlillərin sayı açıqlandı

İşlə təmin olunan əlillərin sayı açıqlandı

 "Bu ilin 10 ayı ərzində 400 nəfər əlilliyi olan şəxs işlə təmin olunub".

Aktual.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "BMT-nin Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiyanın icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, 2017-ci ilin ötən dövrü ərzində 70 nəfər əlilliyi olan şəxs üçün peşə hazırlığı təşkil edilib: "Özünəməşğulluq proqramına cəlb olunanlardan da 60 nəfəri əlilliyi olan şəxslərdir".
Nazir bildirib ki, ölkədə pensiya ilə təmin olunanların 29 faizini əlilliyi olan şəxslər təşkil edir.
 
Aktual.az
Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR