İŞİD dəhşətləri ilə bağlı kitab və filmin təqdimatı olacaq

İŞİD dəhşətləri ilə bağlı kitab və filmin təqdimatı olacaq

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lent.az İnformasiya Agentliyinin birgə layihəsi çərçivəsində “İŞİD” həqiqətləri: reallıq və miflər” kitabının, habelə “Qara bayraqlı qaranlıq” sənədli filminin təqdimatı keçiriləcək.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə layihənin koordinatoru, kitabın və filmin müəllifi Səbuhi Məmmədli məlumat verib.

Məlumata görə, kitab və film Dövlət Komitəsinin dəstəyi ilə Suriyasərhədindən hazırlanmış və Lent.az-da yayımlanan “3 gün xilafətlə üz-üzə” silsilə yazıların əsasında hazırlanıb. Həmin yazıların qəhrəmanlarıSuriyanın müxtəlif şəhərlərindən İŞİD zülmündən qaçaraq Türkiyə sərhədinə yığışmış insanlardır. Onlar bəşəriyyətin qara yarasına çevrilmiş bu terror təşkilatının törətdiyi vəhşətlərdən danışır, insanları onların cənnət vədinə inanmamağa çağırırlar.

Xatırladaq ki, “İŞİD həqiqətləri: reallıqlar, miflər” kitabı və “Qara bayraqlı qaranlıq” sənədli filmi Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanıb.

Xəbər 523 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR