İŞİD-çilərin sayı açıqlandı - 20 mindən çoxdur

İŞİD-çilərin sayı açıqlandı   - 20 mindən çoxdur

“Hazırda Suriya və İraqda İŞİD terror təşkilatının 18-22 minədək üzvü var”.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan Senatda kəşfiyyat üzrə xüsusi komitənin dinləmələrində çıxış edərkən bildirib.

C.Brennan qeyd edib ki, İŞİD üzvlərinin sayı bir il əvvəlkinə nisbətən xeyli azalıb: “ABŞ-ın səlahiyyətli orqanlarının hesablamalarına görə, keçən il İraq və Suriya ərazisində 33 minədək İŞİD üzvü var idi. Terror təşkilatının Liviyada 5-8 min, Misirdə bir neçə yüz və ya mindən çox olmayaraq, Yəməndə bir neçə yüz, Əfqanıstan və Pakistanda yüzlərlə, Nigeriyada isə 7 minə yaxın üzvü var”.

Suriya barədə ətraflı danışan ABŞ-ın əsas kəşfiyyat orqanının rəhbəri bu ərəb ölkəsində Bəşər Əsəd qoşunlarına qarşı hərbi əməliyyatlarda iştirak edən və bir neçə min əsgərinin olduğu “Cəbhət-ən-Nusra” qruplaşmasının da aktiv olduğunu deyib.

O, həmçinin vurğulayıb ki, bir neçə gün əvvəl Florida ştatının Orlando şəhərində fəaliyyət göstərən gecə klubunda baş verən insidentin “xarici terror təşkilatları” ilə əlaqəsi aşkar edilməyib.

Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR