İşçilərinə seksual təzyiq göstərən müdirlər üçün -2500 manat cərimə

İşçilərinə seksual təzyiq göstərən müdirlər üçün   -2500 manat cərimə

Azərbaycanda seksual qısnamaya məruz qalmış işçilərə qarşı təzyiqin göstərilməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2500 manatdək cərimələnəcəklər.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bu məsələ yeni hazırlanan İnzibatı Xətalar Məcəlləsinin layihəsinə daxil edilib.

Hazırkı məcələyə əsasən, bu hala görə vəzifəli şəxslər 70 manatdan 90 manatadək məbləğdə cərimə edilirlər.

Şəxsin maddi cəhətdən asılı olmasından istifadə etməklə onu tətillərdə iştirak etməyə, yaxud iştirakdan imtina etməyə məcbur etməyə görə isə hazırda tətbiq edilən 10-35 manat məbləğində cərimənin məbləğin artırılaraq 600 manatdan 800 manatadək olması təklif edilir.

Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, habelə dövlət büdcəsinə vəsait köçürülməməsinə görə cərimələrin məbləğinin artrılaraq 1500 manatdan 2000 manatdək olması (hazırda 50-90 manatdır) olması təklif edilir.

Xəbər 678 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR