İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir

Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda 5 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.
Aktual.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.
Onun sözlərinə görə, 13 məktəbin təmir-tikintisi davam edir, 2-si yekunlaşıb, 6-nın isə təmir-tikintisinə başlanılacaq.
"Bundan başqa, azad olunan ərazilərdə hazırda 2 uşaq bağçası fəaliyyət göstərir:
"4-nün təmiri davam edir, 4-nün də təmir-tikintisinə başlanılacaq", - Dövlət Agentliyinin direktoru bildirib.
Xəbər 123 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR